“Bu, şam yeməyindən sonra əyləncə idi” – Moskvanı qəzəbləndirəcək AÇIQLAMA

“Bu, şam yeməyindən sonra əyləncə idi” – Moskvanı qəzəbləndirəcək AÇIQLAMA
13:28 2 May 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın ticarət naziri Uilbur Ross (Wilbur Ross) Suriyaya raket zərbələrinin “şam yeməyindən sonra əyləncə” adlandırıb.

Publika.az “The Hill” nəşrinə istinadən xəbər verir ki, o bu haqda Los-Ancelesdə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir xatırladıb ki, Suriya ordusuna aid Şayrat aviabazasına raket zərbələri endirdiyi vaxt ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpini Mar-a-Laqo iqamətgahında qəbul edirdi.

Xatırladaq ki, ABŞ ordusu Suriya aviabazasına zərbə endirdiyi anda Donald Tramp Si Cinpinlə şam edirdi. ABŞ lideri raket zərbələri barədə xəbəri aldığı anda baş verənləri “Fox Business” telekanalına müsahibəsində xəbər verib.

“Mən, stol arxasında oturmuşdum. Biz, şam yeməyini qurtarıb, desert yeyirdik. Bizim qarşımızda ən gözəl şokoladlı tort parçaları var idi. Prezident Si Cinpin həmin tortu ləzzətlə yeyirdi. Və mən, generallardan xəbər aldım…”, - Tramp danışıb.

“O zaman mən dedim: “Cənab prezident, icazə verin, sizə bəzi şeyləri izah edim: biz, elə indicə Suriyaya 59 raket atdıq…”, - o deyib.

Qeyd edək ki, aprelin 7-də ABŞ Suriyanın Şayrat təyyarə bazasına Araılq dənizindəki iki hərbi gəmisindən 59 “Tomaqavk” raketi atıb. Vaşinqtonun iddiasına görə, bu, aprelin 4-də Suriyanın hökumət gücləri tərəfindən İdlib vilayətinin Xan-Şeyxun şəhərində kimyəvi silahın tətbiqi ilə etdiyi hücuma cavab idi.

Rəsmi Moskva bazaya hücumu beynəlxalq qaydaların kobud pozuntusu adlandırıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197257.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR