Orijinalını əvəz edən süni orqanlar - FOTOLAR

Orijinalını əvəz edən süni orqanlar - FOTOLAR
13:33 2 May 2017
Ölkə mətbuatı
A- A+

İnsan bədəni təbiətən çox zəifdir və hər hansı orqanların dəyişdirilməsi imkanları bu yaxınlara qədər mövcud deyildi. İndi isə alimlər hətta donora ehtiyac duymadan istənilən daxili orqanları protezlərlə əvəz edir.

Publika.az bu yazıda oxucuları orijinal orqanları əvəz edən süni orqanlar və onların funksiyaları ilə tanış edib.

Ən həssas orqan - dəri

İnsan dərisi ən həssas orqan hesab edilir və tez-tez zədələnir, lakin Stenford Universitetinin alimləri ən həssas sintetik dəri işləyib hazırlayıb. Yeni işlənmiş dəri daha böyük həssaslığa və davamlılığa malikdir, material dartıla bilər, həmçinin elastik günəş batareyalarının köməyi ilə qidalanır.

Döyünən ürək

Alimlər uzun müddət gövdə hüceyrələrinin imkanlarını araşdırması nəticəsində bu yaxınlarda laboratoriya şəraitində döyünən ürək yetişdirə biliblər. Orqan çox həssas idi, qan dövranı zəif olduğu üçün o, hər dəqiqədə 40-50 dəfə döyünürdü və yalnız 20 gün işləyə bilib. Lakin mütəxəssislər zaman keçdikcə süni ürəyi təkmilləşdirməyi planlaşdırırlar.

Toxunuşu hiss edən protez əllər

Müasir əl protezləri insan üçün lazım olan hərəkətləri doğrudan da yerinə yetirə bilər, amma onların hiss etmək qabiliyyəti yoxdur. Lakin alimlər toxunuşu hiss edən və duyğuları ötürə bilən unikal protezlər hazırlayıb. Meymun beyninin üzərində aparılan tədqiqatlarda alimlər öyrənib ki, ağıl toxunuşa cavab verir.

Bionik idarə olunan ayaqlar

Protezlər ayaqlarını itirən insanlara həqiqətən könək edir, amma onlar sinirlərə bağlı deyillər. Bu yaxınlarda alimlər düşüncənin gücü ilə idarə edə bilən protez ayaqlar icad edib. Bu ayaqlar reaksiya verə və beyin siqnallarını qəbul edə bilər. Tezliklə şirkət onlar üzərində işləyib təkmilləşdirməyi, daha yüngül və nazik protezlər istehsal etməyi qarşısına məqsəd qoyub.

Miniatür insan beyni

Son illərdə beyin ölümlərinə daha çox rast gəlinir, amma alimlər əmindirlər ki, tezliklə insanlar həmin orqanı əvəz edə biləcək. Artıq laboratoriyada gövdə hüceyrələrindən çox kiçik ölçülü ilk beyni yetişdirilib, təəsüf ki, o hələ düşünmək iqtidarında deyil. Lakin ekspertlər bu süni orqanın təkmilləşdirilməsi üzərində iş aparır.

3D qulaqları

Alimlər artıq yalnız qulağın eşitmə qabiliyyətini tam bərpa etməklə kifayətlənmir, həm də gözəlliyini təmin etməyə qadirdir. Məsələ ondadır ki, daxili implant xaricdən istifadə olunmur, köhnə plastik qulaqlar isə oyuncaq kimi görünürdü. Alimlər vəziyyətdən çıxış yolu tapıb. Belə ki, elm adamları siçovullar və inək hüceyrələrinin əsasında gel qulaqlar icad edib. Bu gel 3D printerinə salınıır və təbii insan qulaqlarına bənzəyən orqan yaradılır.

İybilmə xəstəliyi

Amerikalı alimlər insanın burun formasında xüsusi qurğu yaradıblar ki, iybilmə xəstəliyi müəyyən edə bilər. Məsələ ondadır ki, bəzi spesifik xəstəliklər, xüsusi "ətri" ayıran bakteriyalar səbəbindən yaranır.

Mədəaltı vəzi

Mədəaltı vəzi olduqca mühüm olan insulin hormonu generasiya edir. Bu maddənin orqanizmdə çatışmadığı zaman mütəmadi olaraq iynə vurdurmaq lazım gəlir. Şəkərli diabet xəstələri əvvəlcə qanda şəkərin səviyyəsini yoxlayır, sonra insulin tətbiq edirlər. Süni orqan isə müstəqil şəkildə orqanizmdə tələb olunan dozada insulinə və qanda şəkər miqdarının səviyyəsinə daim nəzarət edə bilər.

Süni göz

Həkimlər eşitmə qabiliyyətini bərpa edə bilsə də, gözlərin görməsi təmin etmək daha çətindir. Lakin Nyu-Yorkda alimlər siçanlar və meymunlar üçün siqnalları fotoreseptorlara çevirə və onları birbaşa beyinə göndərən süni göz yaratmağa nail olub,

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/197255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR