Bakıda intihara cəhd olub.
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Gülüstan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 23 yaşlı Nuranə Əjdər qızı Mustafayeva damarlarını doğrayıb. Nəticədə o, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.