MTRŞ rəsmisi: "Bəzi telekanallarda qadınların problemləri üzərində şou yaradılması cəhdləri müşahidə olunur"

MTRŞ rəsmisi: "Bəzi telekanallarda qadınların problemləri üzərində şou yaradılması cəhdləri müşahidə olunur"
14:42 2 May 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ “Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanallara mütamadi olaraq gender bərabərliyi haqqında verilişlərin hazırlanması barədə tövsiyələr verir”.
“Report” xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq şöbəsinin müdiri Nemət Cavadov Bakıda “Gender problemləri və media” mövzusunda keçirilən seminarda deyib.
Onun sözlərinə görə, hazırda efirdə olan verilişlərin əksəriyyətində qadınların güclü yox, onların cəmiyyətdə əzilməsini nümayiş etdirən proqramlar yayımlanır: “Həmin verilişlərdə qadınların problemlərinin həll olunması yolları da göstərilir. Sosial problemlərin həllinə yönəlmiş “Elin gözü”, “Çıxış yolu”, “Bizimləsən” və s. verilişləri göstərmək olar. Həftə ərzində ümumilikdə efirdə sosial problemlərin həllinə yönəlmiş 38 saatlıq veriliş yayımlanır. Təəsüf ki, bəzən bu verilişlərdə qadınların problemləri üzərində şou yaradılması cəhdləri də müşahidə olunur”.
MTRŞ rəsmisi bildirib ki, Azərbaycanda media sahəsində fəaliyyət göstərənlərin 60-70 faizi qadın jurnailstdir: "Ancaq onların təmsil olunduqları mətbu orqanların başında duranların 80 faizi kişilərdir. Bu da təəssüf doğurur. Bu göstərici ilə gender bərabərliyi yaratmaq, balansı qorumaq mümkün deyil".
N.Cavadov vurğulayıb ki, zorakılıq, intihar və s. hallarla bağlı televiziyada yayımlanan məlumatların qaynağı hüquq-mühafizə orqanlarıdır: "MTRŞ burada ancaq müəyyən tövsiyəçi kimi çıxış edə bilər. Zorakılıq və s. halları nümayiş etdirən xəbərlərin verilməsi ilə bağlı qaydalara əsasən bu kimi xəbərlər saat 23:00-dan sonra verilə bilər. MTRŞ bu cür xəbərlərin gecə saatlarında yayımlanmasına nəzarət edir”. 

Xəbərin orijinal ünvanı: https://report.az/media/bezi-telekanallarda-qadinlarin-problemleri-uzerinde-sou-yaradilmasi-cehdleri-musahide-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR