"Kənan M.M bizə "boş adam" deyirdi, ona başa saldım ki..." - Müşfiq Şahverdiyev - VİDEO - FOTO

"Kənan M.M bizə "boş adam" deyirdi, ona başa saldım ki..." - Müşfiq Şahverdiyev - VİDEO - FOTO
15:17 2 May 2017
102 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Evgördü" verilişinə qonaq olan yumor aktyoru Müşfiq Şahverdiyev maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, tanınmış aktyor çox yemək yediyini bildirib: 

"Yeməyi çox sevirəm. Amma əvvəlki kimi yemirəm, diqqət edirəm. Anam da çox yeyəndir. Ev üstündə anamla yeganə mübahisəmiz o oldu ki, mətbəxt mebelinin dizaynı. Sonradan mən deyənlə razılaşdı. Bu evi çox bəyənirəm. Eyvanımız da var, şəhərə panoramamız da".

Daha sonra o, rejissor Kənan MM ilə arasında olan münasibətə aydınlıq gətirib: 

"Küslülüyüm yoxdur heç kimlə. Əvvəllər olub, amma müəyyən vaxt sonra yoluna qoymuşam. Mən özüm küsdümsə, birinci cəhdi etmirəm. Əgər günahın yarısından çoxu məndədirsə, o zaman fikrləşərəm. Kənan qardaşımızdır. Bizə "boş adam" deyirdi. Mən də Kənana başa saldım ki, biz boş deyilik, "Erikson"uq (gülür). Şeir yazmışdı bizə, heyf ki, şeir yazmaq qabiliyyətim yoxdur, yoxsa Kənana bir-iki şeir yazıb geyindirərdim".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

""


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/540897.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR