Turan İbrahimov ATV-dən getdi?

Xəbər verdiyimiz kimi, ötən gün ATV kanalında aparıcı Turan İbrahimovun təqdimatında yayımlanan "ATV Səhər" verilişinin yayımı dayandırılıb.

Metbuat.az xəbər verir ki, bu gün mediada bununla bağlı müxtəlif xəbərlər dərc edilib. Əslində, verilişin yayımlanan reportajlar, Turan İbrahimovun ziddiyyətli şərhləri, hakimiyyət dairələrində və xüsusilə ayrı-ayrı dövlət orqanlarının rəhbərlərində ciddi narazılıq doğurmasına görə bağlandığı qeyd edilib. Bəzi xəbərlərdə isə tanınmış aparıcının ATV kanalından uzaqlaşdırıldığı da qeyd edilib.

Məsələyə aydınlıq gətirmək üçün Turan İbrahimovla əlaqə saxladıq. O, Metbuat.az-a açıqlamasında qeyd etdi ki, bu xəbərlərin heç bir əsası yoxdur:

"Layihəni dayandırmaq qərarını rəhbərlik verdi. Onsuz da mövsümün qurtarmasına bir ay qalmışdı. Qərar verildi ki, layihəni dayandıraq. Ancaq söhbət “ATV Səhər” verilişindən gedir. Mən özüm ATV-dəyəm, fəaliyyətimi davam etdirirəm. “ATV Səhər”in kollektivi də ATV-dədir. Onlar fəaliyyətlərini davam etdirirlər. Söz-söhbətlər, şayiələr, dediqodular yayılıb. Hərənin öz məntiqi var və hərə də öz məntiqinə uyğun məsələlərə izah verməyə çalışır. Başqa heç nə demək istəmirəm.

Mən 4 ildir ki, efirdən ictimai maraqlar naminə tənqidi fikirlər səsləndirirəm. Yəni, bu 4 ildə elə rəhbərliklə də, dövlətin və cəmiyyətin marağını istəyən insanlarla da eyni dərəcədə həmrəy olmuşuq".

Oral Mədənçi / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR