ABŞ Ukraynadakı müharibənin həlli üçün aparılan vasitəçilik səyləri nəticə verməzsə, prosesdən çəkilə bilər.

Metbuat.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

O vurğulayıb ki, münaqişənin həlli yalnız danışıqlar yolu ilə mümkündür. Lakin Vaşinqton nəticəsiz proseslərə vaxt və resurs sərf etmək niyyətində deyil.