Azərbaycanda 2019-cu il noyabrın 1-dən bu günədək 923 uşaq övladlığa verilib.

Metbuat.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, ötən dövr ərzində övladlığa götürülmə ilə bağlı 2018 müraciət qeydə alınıb.

Övladlığa verilən uşaqların 464-ü oğlan, 459-u isə qızdır.