x
Loading...

Dubayın prlog.org saytı: “Azərbaycanda turistlərə xüsusi diqqət və qayğı ilə yanaşılır”

Dubayın prlog.org saytı: “Azərbaycanda turistlərə xüsusi diqqət və qayğı ilə yanaşılır”
17:27 2 May 2017
Ölkə mətbuatı
A- A+
.

Bakı. 2 may. REPORT.AZ/ Dubayın PRLOG.ORG saytında “Azərbaycan 2017-ci ildə ərəb səyahət bazarında turizm təyinatı kimi irəli çıxır” başlıqlı məqalə dərc olunub.
"Report" bakushopfest.com-a istinadən xəbər verir ki, məqalədə Azərbaycanın  turizm potensialından bəhs edilir.
Cənubi Qafqazın iqtisadiyyatının 80 faizinin Azərbaycanın payına düşdüyünü xatırladan sayt yazır ki, bu ölkə təkrarolunmaz təbiəti və çoxlu sayda mədəni, tarixi abidələri ilə turistlər üçün böyük maraq kəsb edir.
Məqalədə vurğulanır ki, Bakıda keçirilən şopinq festivalı kimi tədbirlər Azərbaycana gələn turistlər üçün xüsusi bir imkandır: “Azərbaycanda turistlərə xüsusi diqqət və qayğı ilə yanaşılır”.
Festivalın ölkədə davamlı keçiriləcəyini yazan müəllif qeyd edir ki, bu, turistlərə müxtəlif fəsillərdə Bakının qonağı olmaq imkanı verəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/dubayin-prlog-org-sayti-azerbaycanda-turistlere-xususi-diqqet-ve-qaygi-ile-yanasilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR