x
Loading...
.

Mələk ifşa etdi: "Gecə saat 11-də rejissor tələsik zəng edib ..." - FOTO

Mələk ifşa etdi: "Gecə saat 11-də rejissor tələsik zəng edib ..." - FOTO
19:05 2 May 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Mələk "bloka atdığı" layihə rəhbəri ilə barışıb, veriliş aparır

"Space TV"-də yayımlanan "Təəccüb çevrəsi" verilişinin kulisində qonaq olduq.

Milli.Az xəbər verir ki, verilişin çəkilişini yekunlaşdıran layihə rəhbəri Çingiz Həmzəyev, verilişin xanım aparıcısı Mələk Heydərova və rejissor Zaur Rəcəbovla söhbətləşdik:

- Layihə rəhbəri olaraq bütün məsuliyyət sizin üzərinizə düşür, yoxsa hərənin öz işi var?

Çingiz: Təəssüf ki bu, belədir. Verilişin bütün məsuliyyəti tam olaraq mənim üzərimdədir. Düzdür, uşaqlar çox işləyir, əllərindən gələni əsirgəmirlər, çalışırlar ki, işlərinin öhdəsindən layiqincə gəlsinlər, amma yenə də qeyd edirəm ki, məsuliyyət tamamilə mənim üzərimə düşür. Amma mənə xoşdur.

- Keçək rejissora. Biri layihə rəhbəri, digəri isə xanım aparıcı. Hansı daha çox incidir sizi?

Zaur: Düzünü deyim də ... Özüm özümü də incidirəm, hər ikisi də məni incidir. Amma rejissorun işi odur ki, inciməsə iş getməyəcək. İş varsa, yüngülvari incikliklər olur, o da yalnız çəkiliş vaxtı. Ümumi götürdükdə isə sırf veriliş, verilişin çətinliyi, kadrın alınmaması işlərimizdə bir az çətinlik yarada bilər. Kadr alınmayanda istənilən rejissor hirslənir. Amma sizə bir sirr verim ki, hirslənəndə özüm-özümü motivasiya edirəm. Saçımı darayıram və sifətimi dəyişirəm. O da Çingizin xoşuna gəlmir( gülür). İşimdən həzz alıram. Bu proyekt uzun müddətdir ki, ərsəyə gəlib. Çingizlə mən bu verilişdən mənəvi həzz alırıq. Fiziki yorğunluğumuzu hiss etmirik. Loru dillə desək, bunu məhz biz bişirmişik, indi isə özünüz fikirləşin, çətinliklə hazırlanan yeməyi yemək daha asan olar, yoxsa hirslənmək? Mənə elə gəlir ki, bu menyuda hirslənməyin də öz yeri var, həzz almağın da.

Çingiz: Şəxsən mənim üçün bu veriliş həyati məna kəsb edir. Bu illuziya işlərində Zaurla 10 ildir ki, bir yerdəyik. Ümumiyyətlə, bilirsiniz ki, Azərbaycanda illuziya sahəsində boşluqdur, həm, televiziya, həm də səhnələrdə illuziyaya çox az hallarda rast gəlmək mümkün olar. Mən bilirəm hansı illuziyadan danışıram. Bu sahədə işimlə bağlı heç kim sözümün üstünə söz deyə bilməz.

- Sizcə, illuziyanıza təəccüblənənlər çoxdurmu?

Çingiz: İllərdir ki, bu işdəyəm. Çox yerlərdə illuziya göstərmişəm. Deyə bilərəm ki, çox nadir hallarda insanlar illuziyaya baxıb təəccüblənmir. Polisdə, küçədə, məclisdə, istənilən məkanda illuziya göstərilsə, adam mütləq şəkildə ona maraq göstərir. Əslində bu halları nəzərə alaraq tamaşaçıları iki yerə ayırıram: təəccüblənib təəccübünü qəbul edən və təəccübünü büruzə verməməyə çalışanlar.

- Amma etiraf edək ki, sizin verilişin xüsusi kütləsi var.

Çingiz: Sizinlə razıyam. Məsələ odur ki, Azərbaycanda bu verilişə qədər illuziya tamam fərqli idi. Hətta bizim qonaqlarımız belə bunu bizə xatırladır. Ola bilər ki, illuziyanı xoşlamayan adam var, buna türklər demişkən "eyvallah" deyirik. Deyərdim ki, buna da səbəb bu vaxta qədər illuziya sahəsində fəaliyyət göstərən qeyri-peşəkar illuzionistlərin tamaşaçıya təqdim etdiyi performanslar olub. Bir çox illuzionistlər illuziyaçılıqdan çıxıblar, söhbət Azərbaycandan gedir. Mən onlara uşaq dayəsi deyirəm. Yəni illuziyaçılıq o demək deyil ki, mənim uşağımın 5 yaşı olur, gəl klounluq elə. İlluziya sənətini qeyri-peşəkarlar o səviyyəyə çatdırıblar. Amma müəyyən insanlar var ki, illuziyanı bəyənir. Onlar isə bizim yox, əcnəbilərin illuziyasını qəbul edən tamaşaçılardır. Çünki xaricdə tamaşaçının başını papaqdan quş, dovşan çıxarmaqla aldatmırlar. Dünyada illuziyanın müxtəlif istiqamətləri var. İlluziyaçının öz ağlının məhsulu olmalıdır, tamaşaçını yola verməməlidir. Ümumiyyətlə, bizim məkanda belə verilişlər çox olub. Amma "Təəccüb çevrəsi"nin öz dəsti xətti var.

- O dəst-xəttdən danışın bizə.

Çİngiz: Azərbaycanda illuzionist, foksnik deyəndə uşaq tədbirləri başa düşülür. Amma biz "Təəccüb çevrəsi"nin heyəti olaraq qarşımıza məqsəd qoymuşuq ki, onu professional səhnəyə gətirək. Səviyyəsizlik, düşüklük etmək lazım deyil. Bu sənətin sərhədi yoxdur. Bu sənət müharibə dayandırıb. Məsələn, Devid Kopervild kimi dünya şöhrətli illuziyaçı Amerika prezidentlərinin qarşısında çıxış edib. Conatan Pentragon ingilis kraliçasının qarşısında çıxış edib. Ağ evdə belə illuziya səhnələri göstərilir. Azərbaycanda illuziya bəziləri üçün papaqdan dovşan çıxarmaqdır. Əslində bizim etdiyimiz yenilik deyil.

- Verilişin fərqliliyi nədir?

Çingiz: Verilişdə fərqlilik odur ki, aparıcımız Mələkdir (gülürlər). Verilişimizin fərqli ideyası, görüntü olaraq özəlliyi var. Çox adam bunu qəbul etmir. Bizim veriliş intro ilə başlayır. "Təəccüb çevrəsi"nin keçidləri var. Qrafik, səsli, intro keçidlərimiz var. İntro haqda məlumat vermək istərdim. İntro - musiqi terminologiyasıdır. İstənilən musiqi əsərində musiqiyə keçid verir. Bizdə introların fərqliliyi ondadır ki, orda adi veriliş yox, aparıcılarımızın intellekti qabardılıb. Heyətimiz hər sahədə intellektualdır.

- Mələk də gəldi. Gəl söhbətimizə sən də qoşul. Danış görək verilişdə aparıcılıq barədə təklif necə oldu?

Mələk: Hamıya məlumdur ki, bir ara yoxa çıxmışdım, hamı məni axtarırdı. Bu il ərzində çox təkliflər almışdım, amma şərait, kollektiv, rəhbərlik məni qane etmirdi. Deməli, gecə saat 11-də rejissor tələsik mənə zəng elədi ki, sabah görüşək veriliş barədə danışdıq.

- Gecə 11-də nə danışmısınız?

Zaur: (gülür) A... Veriliş barədə təbii ki ...

- Mələk inanaq?

Mələk: Zən etdi ki, Mələk sabah gələ bilərsənmi, amma mənə dəqiq de. Yenə də deyirəm layihə rəhbəri Çingizin sayəsində ekranlara geri döndüm. Rejissora təşəkkür edirəm. Düzü Zauru görməmişdim, amma telefonda mənimlə çox mədəni danışdı, aldandım ( gülür). Səhəri gün görüşdük. Çingiz haqqında onun çox ciddi, qaşqabaqlı olduğunu eşitmişdim. Amma tanış olduqdan sonra Çingiz Həziyevin pambıqdan yumşaq bir insan olduğunu gördüm. 3 saat danışdıq. Və mən bu müddət ərzində qərar verdim ki, ilk baxışdan mənə xoş təəssürat yaradan bu insanlarla işləyə bilərəm.

Zaur: Amma mənə "hə" demədi. O qədər sual verdi ki... Dedim ki, gəl danışaq. Mən ona "sən" deyirdim, o mənə "siz". Dedim ay Allah belə mədəni rejissor olar? Gəldim danışdıq, işdən 10 dəqiqə danışdıq, həyatdan, insanlardan, düşüncələrimizdən o qədər danışdıq ki ...

Çingiz: Əslində elə olmayıb, yalan deyirlər...

- Aha necə olub, mən sizə inanıram, danışın.

Çingiz: Layihə üçün bizə aparıcı lazım oldu. Mən Mələyin yaradıcılığı ilə tanış idim, "Space"də verilişi var idi. Veriliş başlayanda da yadımda idi. Amma bu qız facebookda məni bloka atmışdı. Girdim googledan bir-iki fotosuna baxdım, həmin an da inanın ki, mənə Zaur votsapda bu qızın fotolarını yolladı. Buna tamamilə telepatiya deyərdim. Çünki mən internetdə Mələklə maraqlanan anda bunlar baş verdi. Biz də Mələyi telepatik olaraq bu layihəyə qəbul etdik.

Mələk: Burada hamısı kişilərdir, xanım işçilər çox azdır.Tək xanımam. Ona görə də bəlkə hər kəs mənə daha çox hörmət edir, sözümə önəm verir. Mən işdə bu münasibətə çox önəm verirəm. Əgər bir iş yerində bir xanıma belə hörmət göstərilirsə, deməli, bu, ilk növbədə layihə rəhbəri, rejissorun hesabınadır. Evdə elədiyim ərköyünlükləri burda da edirəm, xətrimə dəymirlər (gülür).

Zaur: Mələk çox pozitiv xanımdır. Aurası gözəldir.

- Zaur, siz pultun arxasına keçəndə tamam başqa insan olursunuz...

Mələk: Hə, hə düz deyirsiniz. İnanın, Zaurun üzündə təbəssüm görəndə elə sevinirəm ki ...(gülür).

Zaur: Çəkiliş zamanı ciddiliyi çox sevirəm. İşçilərimə də bir az zəhrimarı çox eləyin, ciddi olun deyirəm.

- Zaur bəy, veriliş haqqında bir az məlumat verin bizə.

Zaur: Verilişin efir vaxtı çərşənbə günü saat 22:45-dir. Hər həftə sevimli kanalımız Space-də bizi izləyin. Verilişimizin təkrarı isə cümə axşamı saat 15:00-da olur. Tamaşaçılar bizə baxıb, təəccüblənib öz qəmlərini öldürə bilərlər. Facebook instagram, youtube hesabımızdan da bizi izləyə bilərsiniz.

- Tam səmimi deyin baxmağa dəyərmi?

Mələk: Əlbəttə ki, bağmağa dəyər, burada mən varam axı ... ( gülür).

Zaur: Mən tamaşaçı olsaydım illuziya da olmasa Mələyə görə baxardım (gülür).

Mələk: Verilişi ikili aparmaq çox çətindir, çünki intriqalar ola bilər, yola getmərik, amma kişi ilə qadınlar çox vaxt fərqlənir. Bizim verilişə baxmağa dəyər. Çünki burda balans söhbəti var. Mən şıltağam, güldürürəm, Çingiz ciddidir, tamaşaçını təəccübləndirməyə çalışır. İkimizin də fərqli fəaliyyəti nəticəsində maraqlı bir şey alınır. Yəni illuziyaya baxmayanlar belə verilişdəki söhbətlərə qulaq assalar, onlara belə maraqlı gələcək, illuziyaya maraqları artacaq. Bizim verilişə baxanda tamaşaçı yorulmur. Biz bəziləri kimi qonağın və yaxud da bir-birimizin sözünü kəsmirik.

Zaur: Ümumiyyətlə, deyərdim ki, Azərbaycan teleməkanına yeni məhsul gəlir. Loru dillə desək, indiyə kimi yarpaq dolması yemişiksə, indi oliviya salatı yeyəcəyik. Daimi tamaşaçılarımız var, verilişdən doymurlar, bəzən şikayət gəlir ki, veriliş əladır, amma zamanı azdır. Əslində isə "Təəccüb çevrəsi"nin zamanı az deyil. Verilişdə Mələyin salamlaşması, Çingizin illuziya göstərirməyi, qonağın gəlməsi, müğənninin çıxışı vaxtın uçması effektini verir. Burda başlanğıc, zirvə və final var. Tamaşaçı sonluğu gözlədiyinə görə verilişdən həzz alır.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/541032.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR