Pişik mırıltısının insan orqanizminə xeyri varmış.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, pişiklər “soyuducu vibrasiyası” kimi mırıldayanda həm özünün, həm də sahibinin səhhətinə yaxşı təsir göstərir. Bunun necə baş verdiyi hələlik məlum deyil, amma məlum olan odur ki, mırıltının titrəyişi vasitəsilə yaralar daha tez sağalır, sümük zədələri sürətlə bərkiyir.

Bundan başqa, mırıltı stress, depressiya və ürək tutmalarına qarşı qoruyucu təsirlidir.

Şəfiqə ŞƏFA