Bill Qeyts nəcisdən hazırlanan su içdi

Bill Qeyts nəcisdən hazırlanan su içdi
22:54 7 Yanvar 2015
117 Dünya
Ölkə mətbuatı
A- A+

Microsoft şirkətinin yaradıcısı, milyarder Bill Qeyts insan nəcisindən təmiz su hazırlamağın yolunu tapıb.

Lent.az-ın “qafqazinfo”-ya istinadən məlumatına görə,  o, alınan məhsulun ilk sınaqlarını öz üzərində aparıb. Milyarder paylaşdığı videoda suyu hazırlayan avadanlığın iş prinsipini göstərib.

 

“Omniprocessor” adlanan bu layihəni “Janicki Bioenergy” şirkəti ilə birgə Bill Qeyts özü maliyyələşdirir.  Sözügedən layihə istənilən nəticəni versə, o, təmiz sudan istifadə edə bilməyən 770 milyon insanın xilası olacaq.

 

Qeytsin texnologiyası sayəsində 100 min insanın nəcisindən 86 min litr təmiz su və 250 kilovat elektrik enerjisi istehsal etmək mümkündür.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR