Azərbaycanlı teleaparıcı: "Heç vaxt sevməmişəm..." - FOTOSESSİYA

Azərbaycanlı teleaparıcı: "Heç vaxt sevməmişəm..." - FOTOSESSİYA
00:22 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Teleaparıcı Fizzə İsmayılovanın Milli.Az-a müsahibəsi.

- Fizzə xanım, siz dörd - “İncilər”, “İkinci sənət”, “Sehirli pərdə” və “Azərbaycanın səsi” kimi verilişlərin aparıcılığını etmisiniz. Amma dörd aydır ki, heç bir layihədə yoxsunuz. Səbəb nədir?

- Elə də ciddi bir səbəb yoxdur. Sadəcə olaraq, prodakşnlar tərəfindən mənə olunan təkliflər məni bir o qədər də qane etmir. Həm məvacib, həm də prespektiv baxımından. Bir də ki, sözün düzü, mən birbaşa hansısa bir kanalın rəsmi işçisi olmağı üstün tuturam, nəinki müqavilə ilə hansısa prodakşnda işləməyi.

- Yəqin ki, sizə çatmaq arzusunda olanlar çoxdur. Bunu hiss eləmisiniz?

- Hiss eləmişəm. Ümumiyyətlə, məndə insanları “oxumaq” qabiliyyəti var. Çox təriflər eşidirəm. Sosial şəbəklərədə xoş sözlər yazırlar. Bir az müaliym danışan kimi başqa söhbətlər edirlər. Üz verirsən, astar istəyirlər.

- Xoş sözlərlə bərabər, bəzi insanların tənqidinə də rast gəlirsiniz, yəqin ki...

- Təbii ki, üzdə olan insanlara təriflə yanaşı tənqidlər də olur. Bu normaldır. Amma sərhədi keçənlər də olur.

- Məsələn, şəkillərinizə yazılan fikirlərdən daha çox hansı sizi qıcıqlandırır?

- Misal üçün, yazırlar ki, bu qızı alan puluna görə alacaq, televiziyada işləyənlərin çoxusu əxlaqsız olur və s. Amma özlərinin əxlaq məfhumundan anlayışları yoxdur.

- Bəs həmkarlarınızın sizə qarşı olan fikirləri necədir?

- Onların arasında məni gözügötürməyənlər var. Yaxşı yadımdadır, “Azərbaycanın səsi”nin final günündə mən efirə uzun ətək geyinib çıxmışdım. Günel Hümbətova yazmışdı ki, bu qıza bu geyim heç yaraşmır. Mən də yazdım ki, Günel, mən özümü sənin kimi çöldə qoymuram.

- Siz heç vaxt qısa, yaxud açıq-saçıq geyimlərdən istifadə etmirsiniz ki?

- Yerinə görə qısa ətəklər geyinirəm. Amma bir sərhəd var ki, onu keçə bilmərəm.

- Ailə üzvləriniz də sizə hansısa bir sərhəd qoyurmu?

- Ciddi surətdə nəzarət altındayam (gülür). Bir yerə gedəndə anam bəlkə bir on dəfə zəng edib hal-əhval tutur.

- Onlar sizin aparıcı olmağınıza necə münasibət bəslədilər?

- Mən Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olanda məni heç kim təbrik etmədi. Evdəkilər narazı idilər. Aparıcı olacağıma da heç kim inanmırdı. Amma mən seçim turuna getdiyim günün səhəri artıq çəkilişlərə başladım. Evdən biləndə ki, mən efirə çıxacam, onlara yalnız təbrik etmək və xeyir-dua vermək qaldı.

- Sevgiliniz var?

- Xeyr, yoxdur.

- Sevməmisiniz?

- Heç vaxt.

- Bəs nə dərəcədə sevilirsiniz?

- Sevilməyinə sevilirəm. Amma kütləvi, yoxsa fərdi olduğunu dəqiq deyə bilmərəm (gülür).

- Görünür ki, yaxın zamanlarda hələ ailə qurmaq fikriniz yoxdur. Elədir?

- Düz fikirləşmisiniz, çünki mən bu yaşıma qədər ailə quracağım insanla rastlaşmamışam. Məncə, bu, heç də asan olmayacaq (gülür).

- Bir çox aparıcılar var ki, savad baxımından zəifdirlər, onları intellektual adlandırmaq mümkün deyil. Bəs siz necə, ən azından kitab oxuyursunuz?

- Bəli, mən vaxt tapdıqca mütləq mütaliə edirəm. Vaxtım olanda, demək olar ki, kitab əlimdən yerə düşmür.

- Bəs əlinizdən “yerə düşən” nədir?

- Ömrümün bir hissəsi... Bu sual məni çox uzaqlara apardı...

- Hələ əldən düşməmisiniz ki?

- Düşməyinə düşəmişəm, ancaq bu sferada olan söz-söhbətlər məni çox yorur. Nədənsə, göz önünüdə olan insanlara “ləkə” yaxmağa, damğalamağa çalışırlar. Bu hallar məni bezdirir. Amma mən işimin “xəstə”si olduğuma görə efirdən uzaq qala bilmirəm və səslənən fikirlərə səbrimi sıxaraq göz yummağa çalışıram.

Cavidan Abdullayev
Milli.Az






















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR