x
Loading...
.

"1 milyon versə də, Damla ilə duet oxumaram" - Elnar Xəlilov - VİDEO - FOTO

"1 milyon versə də, Damla ilə duet oxumaram" - Elnar Xəlilov - VİDEO - FOTO
15:22 17 May 2017
Ölkə mətbuatı
A- A+
.

Damla pulu verəndə qəbullanıb ki, mənim sayəmdə tanınacaq.

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Elnar Xəlilov maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, bir vaxtlar "Dostumu sevdim" mahnısı ilə bir araya gələn Elnar Xəlilov və Damla indi düşmən mövqeyindədir. Bu haqda danışan müğənni bunları dilə gətirdi:

"Damla xanıma sual verirlər ki, sizə həyatda uğur gətirən hansı mahnılar var? "Dostumu sevdim"in adı yoxdur orada. Tamaşaçı deyir ki, siz Elnarın bəstəsi ilə tanındınız. Cavab verir ki, yox, biz, sadəcə, duet oxuduq. Məntiqsizlik burdadır ki, o adam artıq pulu verəndə qəbullanıb ki, mən Elnarın sayəsində tanınacam".

Elnar duetlərindən sonra Damlanın məşhurlaşmasına paxıllıq edib-etməməsi haqda da açıqlama verib:

"Əslində, yaxşı paxıllıq hər kəsdə var. Ancaq Damla mənim sferamda paxıllıq edəcəyim kadr deyil. Mən Teymur Əmrahın, Azər Zeynallının paxıllığını çəkə bilərəm. Söhbət yaxşı paxıllıqdan gedir. Biz otursaq, musiqidən danışsaq, mən sekvensiya deyəcəm, o deyəcək, nə? Mən deyəcəm, Şastokoviç. Damla deyəcək ki, o kimdir? Bu gün notu gətirəcəksiniz. Düzdür, mən pianist deyiləm. Ancaq maksimum 15 dəqiqə həmin əsəri götürüb ifa edəcəm. Gətirim hansısa əsəri Damla xanımın qarşısına qoyum. İllərlə çalışsa da, onu bilməyəcək".

Damlanın qonaq olduğu verilişə gəlməkdən birmənalı şəkildə imtina edən Elnar həqiqətləri bir-bir gün üzünə çıxarıb:

"Aparıcı sual verir, Damla xanım, sizə həyatda uğur qazandıran mahnıların adını deyə bilərsinizmi? O, bütün mahnılarının adını sadalayır, ancaq nə "O mənəm", nə də "Dostumu sevdim"in adını çəkir. Verilişdən sonra mənə zəng edib deyir ki, Elnar, bilirəm sənə deyəcəklər. Yəqin verilişə baxmamısan. Tural Bayraməliyev tapşırmışdı ki, məndən başqa heç bir bəstəkarın adını çəkmə. Qalmaqal olmasın deyə dedim eybi yox. Canın sağ olsun. Əsas səni efirə kim çıxarır, onlara yaltaqlan. Bir düşünün, indi əvvəlki Damla var, ya yox. Əvvəl Binədən adi paltar geyinirdi. Düşünürdü ki, təki efirdə görünüm. İndi o cür görürsünüzmü Damlanı verilişlərdə? Bu, inkişafdır, onu alqışlayıram".

Bütün olanlardan sonra Damla ilə yenidən bir duet ortaya çıxarmaq haqda düşünmədiyini dilə gətirib:

"Bundan sonra 1 milyon da versə, onunla duet etmərəm. Bəlkə, maddiyyata görə deyərəm ki, şərini, xatasını məndən uzaq eləsin, oxusun. Nəticədə mən bir bəstəkar, söz yazarıyam. Sənətçilər üçün bəstəliyərəm. Məndə eqo heç vaxt olmayıb".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/545734.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR