"Bunu deməkdən yorulmuşam" - Ançelotti Ardanı "danladı"

İspaniya La Liqasının 5-ci həftəsində baş tutan "Real Sosyedad"- “Real Madrid” matçından sonra baş məşqçi Karlo Ançelotti Arda Gülerlə söhbət edib.

Metbuat.az xəbər verir ki, oyundan sonra Ançelotti həm Ardanı uğurlu oyununa görə təbrik edib, həm də zaraftca tənqid edib. “Defensa Central”da yer alan xəbərə görə, italyan məşqçi Arda Gülerin yarımmüdafiədə fərqli rol almasını və müdafiədə Dani Karvaxala kömək etməsini istəyib. Matçın final fitindən sonra Arda Gülerin yanına gedən Ançelotti, meydandakı performansından və fədakarlıqdan razı qaldığını bildirib. Ançelotti Arda Güləri təbrik edəndən sonra zarafatla futbolçunu məzəmmət edərək ona “İdeal mövqeyin yarımmüdafiə olduğunu söyləməkdən yorulmuşam” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı