"İlhamə Quliyeva Səmədə ərə getmək istəyirdi"

Əməkdar artist Bəsti Bəkirova mərhum Xalq artistləri İlhamə Quliyeva və Səməd Səmədovla bağlı etiraf edib.

Metbuat.az axşam.az-a istinadən xəbər verir ki, müğənni İ.Quliyevanın S.Səmədovu sevdiyini deyib. Bu haqda "Elgizlə izlə" proqramında danışan Bəkirova bildirib ki, Quliyeva hətta ona ərə getmək istəyib:

"İlhamə Quliyeva deyirdi ki, mən Səməd Səmədovla evlənmək istəyirəm. Bunu Səmədə çatdır. Deyirdim ki, özün de. Sonra elə oldu ki, mən də Səmədə dedim fikri ciddidir, ailə qurmaq istəyir. Səməd də dedi ki, nə düşünür? Kaprizli xanımdır, mən isə evlənmək istəmirəm. İkinci dəfə də getdim onlarla görüşdüm. Üçüncü də isə həyat yoldaşım onlarla görüşməyə icazə vermədi. Kənardan eşidən elə fikirləşər ki, həyatda yoxdular, belə danışırsınız. Bu söhbətlərin şahidi olmuşam və düz deyirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR