Play Store

Yeni ailə quran qız özünü öldürdü

Yeni ailə quran qız özünü öldürdü
17:29 17 May 2017
117 Digər
Ölkə mətbuatı
A- A+

Biləsuvar rayonunda gənc qadın intihar edib.

 

Lent.az Bakipost-a istinadən xəbər verir ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb. Məlumata görə, Aşağı Cürəli kəndindən olan Abbasova Könül Sakit qızı 4 ay əvvəl xalası oğlu ilə ailə quraraq Bəydili kəndinə gəlin köçüb. Bu gün isə o, tavandan asılı vəziyyətdə tapılıb.

 

Onun ata-anası tərəfindən öz xalası oğluna məcburən ərə verildiyi qeyd olunur.

 

Bəydili kənd bələdiyyəsinin sədri İlqar Kərimov açıqlamasında intihar faktını təsdiqləyib. Bildirib ki, hadisənin hansı səbəbdən baş verdiyi hələ ki bilinmir.

 

Xatırladaq ki, ötən ay Biləsuvar rayonunun Bəydili kəndində daha bir intihar hadisəsi qeydə alınmışdı. Yeni ailə qurmuş kənd sakini 31 yaşlı Esmira Həsənova özünü yaşadığı evdə asmışdı. O, intihar etməmişdən əvvəl məktub yazaraq həyatından və problemlərdən bezdiyini, ölümündə heç kimin günahkar olmadığını bildirmişdi.

 

E. Həsənova Çaylı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənni müəllimi olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274812

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR