Bakı-2017: Taekvandoçumuz FİNALDA

Bakı-2017: Taekvandoçumuz FİNALDA
18:15 17 May 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında taekvandoçumuz finala yüksəlib.

Trend-in məlumatına görə, Rio Olimpiadasının bürünc mükafatçısı Patimat Abakarova (49 kq) yarımfinalda İran təmsilçisi Şalmei Sudabe Poursadiqi ilə qarşılaşıb.

İdmançımız rəqibindən üstün döyüş nümayiş etdirərək final mərhələsinə yüksəlib - 15:4.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2755871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR