Play Store

Almaniya Türkiyəyə qarşı ABŞ-dan dəstək istədi

Almaniya Türkiyəyə qarşı ABŞ-dan dəstək istədi
11:03 18 May 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın xarici işlər naziri Ziqmar Qabriyel ABŞ dövlət katibi Reks Tillersondan İncirlik hərbi hava bazasında Türkiyə ilə mübahisədə dəstək istəyib.

Publika.az xəbər verir ki, bu haqda “Röyters” agentliyi bildirib.

"Biz Türkiyə ilə danışıqlarda amerikalılardan yenidən dəstək xahiş etdik. NATO üzrə partnyorların bir-birinə təzyiq göstərməsi ağlasığmazdır”, - Almaniya xarici siyasət idarəsinin başçısı deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə İncirlik bazasına alman deputatlar qrupunu buraxmayıb. Alman deputatlar ölkələrindən olan hərbçiləri ziyarət etməyi planlaşdırırdılar. Almaniya kansleri Angela Merkel bildirib ki, Berlin alman hərbi kontingentinin İncirlik bazasından qonşu ölkələrə yerdəyişməsinin alternativlərini axtarmağa davam edəcək. O, alternativlərdən birinin İordaniya olduğunu vurğulayıb.

Türkiyə Yaxın Şərqdə NATO-nun əsas üzv ölkəsidir. İncirlik təyyarə bazası isə regionda ABŞ və NATO-nun əsas bazalarından biridir. Açıq mənbələrdə olan məlumata görə, bazada nüvə silahı saxlanılır. İncirlikdə İŞİD-ə qarşı mübarizə aparan ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın ölkələrinin təyyarələri yerləşir.

Alman hərbi mütəxəssisləri isə NATO-nun AWACS radiolokasiya kəşfiyyat təyyarələrinin ekipajlarının formalaşmasına cəlb edilib. Berlin həmçinin 6 ədəd “Tornado” kəşfiyyat təyyarəsi ilə dəstək göstərir. “Tornado”ların Suriyanın hava məkanında kəşfiyyat missiyaları demək olar ki, gündəlikdir.

Almaniyanın Fəthullahçı Terror Təşkilatının (FETÖ) əsas sığınacaqlarından birinə çevrilməsi və Ankaranın terror təşkilatı hesab etdiyi PYD-yə (PKK terror təşkilatının Suriya qolu –red.) hərbi yardım göstərməsi iki ölkənin münasibətlərində gərginlik yaradıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199238.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR