ABŞ-da məktəblilər arasında baş vermiş davanı əks etdirən video yüz minlərlə internet istifadəçisi tərəfindən izlənilib.
Milli.Az salamnews-a istinadən xəbər verir ki, məktəblilərdən biri sinif yoldaşını qıcıqlandıraraq ona hücum edir. Lakin yoldaşlar arasında baş vermiş davada qalib tərəf hücuma məruz qalan oğlan olub. Onun güləşçi olduğu bildirilir.
Bəzi məlumatlara görə, hücum edən məktəbli bunun üçün 20 dollar pul alıb, lakin rəqibinin gücünü düzgün dəyərləndirmədiyinə görə sonda xəstəxanaya aparılıb və vəziyyəti kritik hesab olunur.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində