Play Store

Ölkə yollarında faciə

Ötən gün ərzində ölkə yollarında baş vermiş qəzalarda 4 nəfər həyatını itirib.

Metbuat.az bildirir ki, dünən səhərdən bu gün səhərədək respublikada ümumilikdə 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə həyatını itirənlərdən başqa daha 16 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Ölümlə nəticələnən qəzalardan ikisi Bakıda, digər ikisi isə Şəki və İmişli rayonlarında qeydə alınıb.

Hər bir faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR