ABŞ Maliyyə Nazirliyi Donald Trampın Rusiya ilə əlaqələri işi üzrə məlumatları Konqresə təhvil verib

ABŞ Maliyyə Nazirliyi Donald Trampın Rusiya ilə əlaqələri işi üzrə məlumatları Konqresə təhvil verib
11:07 19 May 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ ABŞ Maliyyə Nazirliyi ölkə prezidenti Donald Trampın Rusiya ilə işgüzar əlaqələri işini araşdrımağa yardım edəcək məlumatları Konqresə təhvil verib. "Report" xəbər verir ki, bu barədə CNN məlumatlı mənbələrə istinadən informasiya yayıb.
Sənədlər Konqresin hər iki palatasının Kəşfiyyat Komitəsinə ABŞ Maliyyə Nazirliyinin xüsusi bölməsi - maliyyə kəşfiyyatı xidməti (FinCEN) tərəfindən təqdim edilib. Bu qurum maliyyə vəsaitlərinin axınının və "çirkli pulların yuyulması" sxemlərinin monitorinqi ilə məşğul olur və bütün dünya üzrə banklardan məlumatlar toplayır.
"Maliyyə sənədləşməsinin və transaksiyaların öyrənilməsi istintaq üçün vacibdir", - deyə CNN-ə kəşfiyyat üzrə nümayəndə Adam Şiff bildirib.
Xatırladaq ki, daha əvvəl ABŞ Ədliyyə Nazirliyi FTB-nin keçmiş rəhbəri Robert Mülleri "Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxiləsi" işinin istintaqı üzrə xüsusi prokuror təyin edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-maliyye-nazirliyi-donald-trampin-rusiya-ile-elaqeleri-isi-uzre-melumatlari-konqrese-tehvil-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR