Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir güləşçimiz yarımfinala yüksəlib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, idmançımız Nurməhəmməd Hacıyev (97 kq) 1/4 finalda türkmənistanlı Yusup Melejayevlə üz-üzə gəlib.
Güləşçimiz rəqibinə vaxtından əvvəl qalib gəlib - 11:1.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində