Piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
23:47 19 May 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Ucarda iki maşının iştirakı ilə vurulan  piyada hadisə yerində ölüb. Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Alpout kəndindən keçən hissəsində baş verib.

Sürücüsü hələlik məlum olmayan 20 DC 331 dövlət nömrə nişanlı "Skoda" markalı minik maşını yolu keçən piyada rayonun Alpout kənd sakini, 1970-ci il təvəllüdlü Bayram Mirzəhüseyin oğlu Kərimovu vurub.
 
Şahidlərin sözlərinə görə, hadisə törədən sürücü zərərçəkənə kömək etmək istəsə də Gəncə istiqamətdə yüksək sürətlə hərəkət edən "İkarus" markalı avtobus B. Kərimovun üstündən keçib və o, maşını saxlamayaraq  hadisə yerindən qaçıb. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/546599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR