İslamiadanın açılış günü 5 sürücü xətdən uzaqlaşdırılıb

İslamiadanın açılış günü 5 sürücü xətdən uzaqlaşdırılıb
11:22 20 May 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində 5 sürücü xətdən uzaqlaşdırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib.

O qeyd edib ki, açılış mərasimində həmin sürücülərin 4-də yüksək təzyiq olduğu, 1 sürücü isə sürət həddini aşdığı üçün sükan arxasından uzaqlaşdırılıb.

M.Ağayev bildirib ki, həmin ərəfədə BNA-nın 350 avtobusu fəaliyyət göstərib. Bütün avtobuslarda GPS sistemi quraşdırılıb. Həmin günü sürücülər əvvəlcədən tibbi müayinədən keçiriliblər.

IV İslam Həmrəliyi Oyunlarının bağlanış mərasimi günü - mayın 22-ə BNA 430 avtobus ayırıb. Bağlanış mərasimi günündə də sürücülər əvvəlcədən tibbi müayinədən keçiriləcəklər. Avtobuslarda quraşdırılan CPS vasitəsi ilə avtobuslar izləniləcək, onların vaxtından əvvəl marşrutdan çıxmasının, sürət həddini aşmasının qarşısı alınacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/546674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR