Play Store

Naxçıvanda Göycə festivalı keçiriləcək

Naxçıvanda Göycə festivalı keçiriləcək
18:42 20 May 2017
129 Ölkə
Ölkə mətbuatı
A- A+

İyunun 3-ü və 4-də Naxçıvan şəhərində ənənəvi "Göycə" festivalı keçiriləcək.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, festivalda dadı və tamı ilə seçilən Naxçıvan göycəsinin sərgi-satışı təşkil olunacaq.

Bu meyvədən hazırlanan müxtəlif növ təamları dadmaq və əl işləri ilə tanış olmaq istəyənlər "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək Göycə Festivalında iştirak edə bilərlər.

İyunun 3-ü saat 11:00-da başlayacaq festivalda rəngarəng ifa və rəqslər, Naxçıvan Dövlət Filarmoniyasının konserti təşkil olunacaq.

Ən yaxşı göycə müsabiqəsinin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, Naxçıvanda ötən il də Göycə Festivalı keçirilmişdi. Festival Naxçıvana gələn turistlər tərəfindən də kifayət qədər maraqla qarşılanmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR