Müxtəlif ev əşyaları, musiqi aləti, təyyarə, güllə, hətta dondurma...

Bütün bunlar müxtəlif ölkələrdə istehsal edilən alışqanlardır. Milli.Az bildirir ki, Goranboy sakini olan 25 yaşlı Sənan İskəndərov 10 ildən artıqdır ki, fərqli görnüşlü qiymətli əşyaları toplamaqla məşğuldur. Sənan İskəndərov kiçik yaşlarından həvəs göstərdiyi kolleksiyasını yaxınlarının, dostlarının sayəsində artıra bilib. Rayon sakini onlardan bəzisinin həddiyyə olunduğunu, bəzilərini isə pulla aldığını deyir.

Müxtəlif ölkələrdən gətirilən alışqanların arasında 100-150 dollar qiyməti olanlar da var.
Silah və güllə formasında olan alışqanlar daha çox diqqət çəkir.

Kolleksiyaçı mənzilində hazırladığı xüsusi guşəyə 150-dən artıq alışqan toplayıb. Sənan İskəndərov maraqlı xobbisnini davam etdirmək fikirindədir.

Rayon sakini dostlarının və evə gələn digər qonaqların alışqan kolleksiyasına daha çox maraq göstərdiyini bildirir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Alışqan kolleksiyası: Müxtəlif ev əşyaları, musiqi aləti, təyyarə, güllə, hətta dondurma - VİDEOAlışqan kolleksiyası: Müxtəlif ev əşyaları, musiqi aləti, təyyarə, güllə, hətta dondurma