Bakı. Trend:

Monteneqronun Prezidenti Filip Vuyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir: "Zati-aliləri, Milli bayramınız – 28 May Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Vətəndaşlarınızın rifahı naminə görülən işlərdə Azərbaycana davamlı tərəqqi arzulayıram.

Bu əlamətdar bayram münasibətilə qeyd etmək istərdim ki, ölkələrimiz arasında dostluğa əsaslanan güclü münasibətlər qarşılıqlı maraqları ehtiva edən əməkdaşlıq əlaqələrinin genişlənməsi ilə səciyyələnir. Əməkdaşlığımızın inkişafına verdiyiniz böyük şəxsi töhfənizə görə Sizə dərin minnətdarlığımızı bildirirəm.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram".

XXX

San-Marinonun Kapitan-Regentləri Mimma Zavolidən və Vanessa D`Ambrosiodan:

"Zati-aliləri. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının ildönümü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi, Sizə möhkəm cansağlığı, dost Azərbaycan Respublikasının xalqına rifah, inkişaf və firavanlıq arzularımızı yetirmək istərdik.

Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik".

XXX

Keniya Prezidenti Uhuru Kenyattadan:

"Zati-aliləri. Sizə və Sizin şəxsinizdə Azərbaycan Respublikasının Hökumətinə və xalqına milli bayramınız - Respublika Günü münasibətilə Keniya Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaq istərdim.

Bu əlamətdar bayram münasibətilə ölkələrimiz arasında səmimi münasibətlərin mövcud olduğunu vurğulamaq çox xoşdur. İkitərəfli əlaqələrimizin, xüsusilə təhsil, ticarət və iqtisadiyyat sahələrində əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində göstərilən səyləri yüksək qiymətləndirirəm.

Arzum budur ki, xalqlarımızın qarşılıqlı mənafeyi naminə ölkələrimizin əməkdaşlığı daha da inkişaf etsin.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan Respublikasının xalqına firavanlıq arzulayıram.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Finlandiya Prezidenti Sauli Niinistö Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib:

"Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi, ən xoş arzularımı çatdırıram.

Cənab Prezident, xahiş edirəm, mənim ən dərin ehtiramımı qəbul edin".

XXX

Tailandın Kralı Maha Vaçiralonqkorndan:

"Zati-aliləri. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan Respublikasına və onun xalqına tərəqqi və rifah arzularımı çatdırıram".

XXX

İrlandiyanın Prezidenti Maykl Higginsdən:

"Hörmətli cənab Prezident. Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə İrlandiya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və salamlarımı çatdırıram.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzu edirəm".

XXX

Omanın Sultanı Qabus bin Səiddən:

"Hörmətli cənab Prezident. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək Sizə xoşbəxtlik və möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirəm".

XXX

Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumadan:

"Zati-aliləri. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati alinizə, Azərbaycan xalqına və Hökumətinə Cənubi Afrika Respublikasının xalqı, Hökuməti adından və şəxsən öz adımdan ən səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı diləyir, ölkələrimiz arasındakı mükəmməl dostluq münasibətlərini daha da genişləndirmək və möhkəmləndirmək arzusunda olduğumuzu bir daha təsdiq edirik.

Zati-aliləri, xahiş edirəm, yüksək ehtiramımı qəbul edin".

XXX

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovdan:

"Çox hörmətli İlham Heydər oğlu. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Biz Azərbaycanın bütün sahələrdə dinamik, ardıcıl inkişafını, beynəlxalq aləmdə ölkənizin nüfuzunun möhkəmlənməsini böyük məmnuniyyətlə qeyd edirik. Sizin Rusiya ilə münasibətlərin, o cümlədən parlamentlərarası və regionlararası ikitərəfli əlaqələrin inkişafına və şaxələndirilməsinə yönəlmiş ardıcıl səylərinizi çox yüksək qiymətləndiririk.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, dost Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Sizə və yaxınlarınıza firavanlıq diləyirik".

XXX

Rusiya Federasiyasının Kemerovo Vilayətinin qubernatoru Aman Tuleyevdən:

"Çox hörmətli İlham Heydər oğlu. Əlamətdar bayramınız - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin hərtərəfli inkişaf yolu ilə inamla irəliləyən ölkəniz Cənubi Qafqaz regionunda get-gedə artan nüfuz və təsir qüvvəsinə malikdir. Sizin uzaqgörən siyasətiniz və müdrik rəhbərliyiniz sayəsində bu gün Azərbaycan müasir, hərtərəfli inkişaf etmiş firavan dövlətdir. Azərbaycan öz vətəndaşlarının mənafelərinə və xoş mərama əsaslanan müstəqil siyasət yürütməklə beynəlxalq arenada mövqelərini ardıcıl olaraq möhkəmləndirir.

Əməkçilər diyarı Kuzbas ilə Azərbaycan Respublikasını uzun illər boyu işgüzar əməkdaşlıq və tərəfdaşlıq münasibətləri bağlayır.

Qəti əminəm ki, Azərbaycan ilə Kemerovo Vilayəti arasında konstruktiv qarşılıqlı əlaqələr və dostluq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, mənim bütün həmyerlilərim adından və şəxsən öz adımdan Sizə, doğmalarınıza və yaxınlarınıza ən səmimi uğurlar, möhkəm cansağlığı arzularımı qəbul edin. Qoy, Sizin ali dövləti fəaliyyətiniz böyük ölkənizin şöhrətini daha da artırsın.

Dost Azərbaycanın bütün xalqına səadət, firavanlıq və tərəqqi arzu edirəm".

XXX

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən:

"Zati-aliləri. Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivinin və şəxsən mənim ən səmimi təbriklərimi qəbul edin.

İcazə verin, Sizə firavanlıq, nikbinlik, sülh və Azərbaycan xalqının tərəqqisi naminə səmərəli fəaliyyətinizdə uğurlar arzuladığımı bildirim. Sizi əmin edirik ki, “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Respublikasının həyatını və orada baş verən hadisələri bundan sonra da obyektiv və geniş işıqlandıracaq".

XXX

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Viktor Matveyevdən:

"Çox hörmətli İlham Heydər oğlu, icazə verin, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) rəhbərliyi və beynəlmiləl kollektivi adından Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım.

Məmnuniyyətlə qeyd edirik ki, Azərbaycan fiziklərinin BNTİ alimləri ilə informasiya texnologiyaları, neytron fizikası və bununla bağlı elmlər sahəsində səmərəli əməkdaşlığı genişlənməkdə və möhkəmlənməkdə davam edir. Yaradılmasının 60 illiyi münasibətilə 2016-cı ilin oktyabrında Azərbaycanda uğurla keçirilmiş BNTİ günləri institutun Sizin ölkənizin tədqiqat mərkəzləri ilə əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu əyani şəkildə təsdiq etdi.

BNTİ ilə Azərbaycan alimləri arasında qarşılıqlı əlaqələrin genişlənməsini dəstəklədiyinə və bu işə kömək göstərdiyinə görə Azərbaycan rəhbərliyinə çox minnətdarıq. Ümidvar olduğumuzu bildiririk ki, bu əməkdaşlıq bundan sonra da fəal inkişaf edəcək, Azərbaycan alimləri bizim institut çərçivəsində fundamental fizika və oxşar fənlər sahəsində yeni elmi layihələrdə geniş iştirakını davam etdirəcəklər.

Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və yeni uğurlar, Azərbaycan Respublikasının xalqına isə sülh və tərəqqi arzu edirik".

XXX

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdən:

"Hörmətli İlham Heydər oğlu. Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan son dərəcə məmnunam.

Sizin rəhbərliyinizlə siyasi, iqtisadi və ictimai sahələrdə həyata keçirilən mühüm islahatlar, Azərbaycan Respublikasının tərəqqi və rifah yolunda daha da irəliləməsinə şərait yaratmaq üçün görülən vacib tədbirlər, həmçinin ölkənizin beynəlxalq arenada nüfuzunun artması Özbəkistanda bizə yaxşı məlumdur və bunu böyük məmnuniyyətlə qeyd edirik.

Bu yaxınlarda Ər-Riyadda apardığımız söhbətlər, habelə Azərbaycanda qarşıdakı rəsmi görüşlər, əlbəttə, münasibətlərimizin inkişafı üçün möhkəm təməl xarakteri daşıyacaq və əməkdaşlığımızın perspektivlərini genişləndirəcək.

Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı hörmət, etimad və bir-birimizin mənafelərini nəzərə almaq prinsiplərinə əsaslanan çoxtərəfli ənənəvi dostluq münasibətləri birgə səylərimizlə keyfiyyətcə yeni səviyyəyə qalxacaq.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və ali-dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına sülh və daha böyük tərəqqi arzu edirəm".

XXX

Sudan Prezidenti Ömər Həsən Əhməd əl-Bəşir Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Zati-aliləri. Əlamətdar milli bayramınız – Respublika Günü münasibətilə Sizi, ailənizi və Sizin simanızda bütün Azərbaycan xalqını və dövlətini Sudan Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz və xalqlarımız arasındakı mövcud ikitərəfli əlaqələrdən məmnunluq hissi keçirdiyimi bildirir, aramızda olan qardaşlıq və sülh münasibətlərinin getdikcə daha da güclənəcəyinə əmin olduğumu bildirməkdən şərəf duyuram.

Zati-aliləri, xahiş edirəm ən yüksək hörmət və ehtiramımı qəbul edin".