Londonda 3 terrorçu məhv edildi

Londonda 3 terrorçu məhv edildi
08:19 4 İyun 2017
62 Digər
Ölkə mətbuatı
A- A+

London polisi iyunun 4-nə keçən gecə hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib.  

 

“Dünən 22.08-də London körpüsündə sürücünün avtomobili piyadaların üstünə sürməsi barədə məlumatlar daxil olmağa başlayıb. Avtomobil körpüdən Boro bazarına doğru hərəkəti davam etdirib. Şübhəli şəxslər avtomobili tərk edərək, bir neçə nəfərə xəsarət yetiriblər”, - deyə polis nümayəndəsi Mark Rouli bildirib.    

 

Onun sözlərinə görə, yaralananlar arasına hadisə yerinə çağırış əsasında gəlmiş polis zabiti də var.   

 

“Polislər hadisə yerinə yetişərək şübhəli şəxsləri məhv ediblər. Bu polisə edilən birinci zəngdən 8 dəqiqə sonra baş verib”, - deyə Rouli qeyd edib.

 

Bəzi KİV-lər insidentlərdə beş terrorçunun iştirak etdiyini iddia edir. 

 

Xatırladaq ki, “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb, nəticədə azı 2 nəfər ölüb, 20-dək piyada xəsarət alıb.

 

Londonun Boro rayonunda bıçaqla silahlanmış naməlum şəxs bazara daxil olaraq oradakı insanlara müxtəlif xəsarətlər yetirib.     

 

Bundan başqa, paytaxtın Voksholl rayonunda naməlum şəxs insanlara hücum edərək bıçaqla xəsarətlər yetirib. 

 

Polis “London-Bric” körpüsündə və Boro rayon bazarında törədilən insidentlərin  terror aktı olduğunu rəsmi təsdiqləyib. Polis Voksholl rayonundakı insidentin onlarla əlaqəli olmadığını iddia edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276116

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR