Roberto Mançini "Zenit"ə baş məşqçi təyin olunandan sonra yaxşı tanıdığı bəzi futbolçuları da Peterburqa gətirməyə çalışır. Bunlardan ikisi "İnter"də çıxış edən Ceyson Murilyo və Marselo Brozoviçdir.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "piterlilər" onlara görə "nerazzurri"yə 45 milyon avro ödəməyə hazırdır. Menecerlər də hər iki tərəfi qane edəcək müqavilə şərtlərini müəyyən etməyə çalışırlar. "İnter"in bu iki futbolçusu üçün daha yüksək məbləğ tələb etməsi istisna olunmur.
Mançini karyerası ərzində 2 dəfə - 2004-08 və 2014-16-cı illərdə "İnter"in baş məşqçisi olub.
Milli.Az