Bakıda evdə bıçaqla qətlə yetirilən qadın meyiti tapılıb

Bakıda evdə bıçaqla qətlə yetirilən qadın meyiti tapılıb
12:52 5 İyun 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Bakıda qadınla kişi arasında baş verən münaqişə nəticəsində biri digərini bıçaqla qətlə yetirib.
“Report” xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb.
Belə ki, iyunun 3-də Xətai rayonu ərazisində yaşayan Sergey Vorobyovun evində bıçaqla qətlə yetirilən 30-35 yaşlı qadın meyiti tapılıb.
Araşdırmalar zamanı mayın 31-də həmin qadının S.Vorobyova bıçaqla yüngül xəsarət yetirməsi, S.Vorobyovun isə bıçaqla onu qətlə yetirməsi müəyyən edilib.
Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Vorobyov tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-evde-bicaqla-qetle-yetirilen-qadin-meyiti-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR