Çörək arasında petar - FOTO

Çörək arasında petar - FOTO
12:57 5 İyun 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə I liqasında "Əskişəhərspor"la "Göztəpə" klubu arasında keçirilən pley-off matçında maraqlı hadisələr baş verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, azarkeşlər 3 dəfə qarşılaşmanın dayandırılmasına səbəb olublar.

Əvvəlcə start fitindən dərhal sonra fanatların yandırdıqları məşəllər meydançanı görünməz hala salıb. Bu üzdən 9 dəqiqə gec başlayan görüşün gedişində baş hakim Ali Palabıyık eyni səbəbdən daha 2 dəfə oyunu dayandırmalı olub.
 
Diqqətçəkən məqam ciddi təhlükəsizlik tədbirlərinin alınmasına baxmayaraq, petarda və fişənglərin stadiona salınması olub. Belə ki, polislər qarşılaşmadan əvvəl bir çox azarkeşin əlindəki sendviç çörəyinin arasından petarda və fişənglər tapıblar. Buna baxmayaraq, fanatlar yenə də istəklərinə çatıblar.
 
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan matçda oyunsonrası penaltilərlə qalib gələn "Göztəpə" Superliqaya vəsiqə əldə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR