Torbada mini bostan - VİDEO

Torbada mini bostan - VİDEO
21:52 5 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Həyət daşlıq olsa da əkinə mane olmayıb. Milli.Az bildirir ki, Tovuz sakini bu maneəni innovativ üsulu özünə məxsus şəkildə tətbiq edərək aşa bilib.

Görüntülər rayonun Aşağı Əyyublu kəndindəndir. Taleh Kazımovun balaca həyətində torbalara doldurulmuş torpaq müxtəlif şitil və toxumların boy atması üçündür.
Pomidor, xiyar, zəfəran, keşniş və digər tərəvəzləri ay yarım əvvəl torbalarda evi içində əkib. Cücərdikdən sonra havaların da qızması ilə həyətə çıxarıb.

Bir ay yarım əvvəl əkilmiş toxumlar artıq məhsul da verib. Son iki həftədə hətta dəymişlərini dərib yeyiblər. İndi əkinə 10 yaşlı oğlu Süleyman nəzarət edir.

Bitkilərin suvarılmasını və dərmanlanmasını da uşaq özü həyata keçirir. Onlar bu tərəvəzləri satmaq üçün yox, ailənin ehtiycı üçün yetişdirirlər. Taleh Kazımov deyir ki, məhsullar təbii və dərmansız olur deyə çox gözəl dadı var.

Taleh Kazımov deyir ki, ev şəraitində belə kənd təsərrüfatı ilə məşğu oluna biləcəyini göstərdiyini deyir. Yəni əkin biçinlə məşğul olmaq istətəyən yerin ya da axar suyun olmaması mane ola bilməz. Hətta şəhərdə belə eyvanda belə əkinlə məşğul olmaq mümkündür. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Torbada mini bostan: Daşlıq həyətdə müxtəlif tərəvəzlər yetişdirir


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551519.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR