x
Loading...

"AccessBank"dan sabitliyə üstünlük verənlər üçün "Sabit" əmanəti

"AccessBank"dan sabitliyə üstünlük verənlər üçün "Sabit" əmanəti
14:22 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"AccessBank" 15 illiyi ilə bağlı müştəriləri yeni kampaniyalarla sevindirməyə davam edir. Bu gün Bank stabilliyə üstünlük verən müştərilər üçün “Sabit əmanət” kampaniyasına start verib.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

Bu kampaniya sayəsində müştərilər manatla əmanət hesabı açıb, vəsaiti ABŞ dolları valyutasında da geri götürə bilərlər. Müştərilər istəklərinə uyğun olaraq həm əmanət müddətinin sonunda, həm də əmanət vaxtından əvvəl bağlanarsa bu imkandan faydalana bilərlər.

Kampaniya çərçivəsində açılan əmanətlərə 15%-dək faiz dərəcəsi tətbiq olunur. Bu təklifdən həm fiziki, həm də hüquqi şəxslər 30 iyun 2017-ci il tarixinədək yararlana bilərlər. Xatırladaq ki, "AccessBank"da açılan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.

“Sabit əmanət” haqqında daha ətraflı məlumatı Bankın rəsmi internet saytından, Facebook səhifəsindən və 151 Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan AccessBank tam çeşidli bank xidmətləri təqdim edir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2763322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR