x
Loading...

"Əgər NATO Azərbaycana gəlsə..." - Rusiyalı ekspert

"Əgər NATO Azərbaycana gəlsə..." - Rusiyalı ekspert
15:13 6 İyun 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Müdafiə və təhlükəsizlik üzrə ekspert Qriqori Trofimçuk Azərbaycan-Gürcüstan-Türkiyə birgə hərbi təlimlərini yenicag.ru-ya şərh edib.

Milli.Az sözügedən sayta istinadən xəbər verir ki, ekspert Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək Azərbaycanın sakitləşməyəcəyini qeyd edib.

"Təlimlərdə fəallıq artıq özü-özlüyündə onu deməyə əsas verir ki, ölkə üçün başlıca məsələ - Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək sakitlik olmayacaq. Azərbaycan hərbi yol da başda olmaqla müxtəlif üsullarla buna hazır olduğunu bəyan edir. Bu halda xarici müşahidəçilərə (əvvəl Moskvaya, sonra İrəvana) eyni anda 2 siqnal ötürüldü: NATO-nun Azərbaycan torpağında iştirakının güclənməsi və Bakı-Ankara-Tiflis arasında üçtərəfli hərbi ittifaqın yaradılması ehtimalı", - deyə politoloq qeyd edib.

Ekspertin sözlərinə görə bu gün bütün dünyada rəqiblərə qarşı bu cür təhdidlər var:

"Təlimlərin keçirildiyi yerdə müharibə olmur. Belə deyim ki, təlimlər sakitləşdirir. Həmişə qəflətən baş verən güclü və kəskin zərbələr narahat edir. Təlimlər isə hamı tərəfindən sakit qarşılanır".

Politoloqun sözlərinə görə, Bakı çətin ki, NATO-nu ciddi şəkildə öz torpağına cəlb etsin:

"Çünki yaxşı bilirlər ki, əgər NATO bu torpaqlara daxil olsa, bu, ilk növbədə Ermənistan və ya Rusiya üçün yox, Azərbaycanın özü üçün problem olacaq. Çünki sonradan bloku ölkədən çıxartmaq artıq mümkün olmayacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/551712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR