Azərbaycanda məhkəmə icraçıları qaynatadan gəlinin qızıllarını alıb.
Milli.Az baku.ws-yə istinadən xəbər verir ki Zaqatalada olan hadisəinin görüntüləri ortaya çıxıb. İcraçılar ev sahibinə məhkəmə sənədlərinə uyğun olaraq gəlinin qızıllarının verilməsini tələb edir. Qayınata isə bu qərardan narazı olduğu üçün icraçılarla və qarşı tərəflə mübahisə edir.
Gəlinin qohumları qayınatanı qızılları oğurlamaqda ittiham edir. Qayınata isə öz müqabilində bildirib ki, qızılı özü alıb və qaytarmaya bilər. Daha sonra mübahisənin böyüdüyünü görən yaşlı kişi qızılları gəlinə qaytarıb.
Hər iki tərəf arasında xoşagəlməz dialoq baş verib. Bir-birlərini ittiham edən tərəflər etikadan kənar ifadələrdən istifadə ediblər.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində