Eddi İsrafilovun valideynləri və meneceri Bakıda!

Eddi İsrafilovun valideynləri və meneceri Bakıda!
11:32 8 Yanvar 2015
160 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın “Qranada” klubunun futbolçusu Eddi İsrafilovun Azərbaycan yığmasında oynamaq variantı reallaşmaq üzrədi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, futbolçunun anası, ögey atası və meneceri artıq Bakıdadı.
  
Gecə saatlarında Azərbaycana gələn qonaqlar otellərin birində yerləşdiriliblər. Uçuş yubandığından, İsrafilovun valideynləri və meneceri Bakıya gözlənilən vaxtdan gec çatası olublar. Hazırda istirahət edən qonaqlar bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəcəklər. Görüşdə İsrafilovun Azərbaycan millisində oynamaq məsələsi müzakirə ediləcək.
  
Qeyd edək ki, anası azərbaycanlı, atası anqolalı olan Eddi İsrafilovun millimizdə oynamaq variantı bir dəfə gündəmə gəlsə də, danışıqlar baş tutmamışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR