Mərkəzi Afrika Respublikasında baş vermiş toqquşmalarda 50 nəfər öldürülüb

Mərkəzi Afrika Respublikasında baş vermiş toqquşmalarda 50 nəfər öldürülüb
08:02 21 İyun 2017
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Mərkəzi Afrikada Respublikasında mövcud olan hərbi qruplaşmalar arasında baş vermiş silahlı toqquşmalar zamanı 50 nəfər öldürülüb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Bria şəhərində qeydə alınıb.
Şəhərin meri "Reuters"ə açıqlamasında qonşu rayonlarda da öldürülənlərin olduğunu deyib.
"Təxminən 50 nəfərin öldürüldüyünü deyə bilərəm. Xəstəxanaya 42 cəsəd aparılıb" – deyə mer Moris Belikus bildirib.
Mer qonşu rayonlardakı toqquşmalar zamanı öldürülənlərin cəsədlərinin hələlik xəstəxanalara aparılmadığını qeyd edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/merkezi-afrika-respublikasinda-bas-vermis-toqqusmalarda-50-nefer-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR