Sumqayıtda "Mercedes" yandı - FHN

Sumqayıt şəhərində yanğın qeydə alınıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yol kənarındakı elektrik dirəyi yanğından mühafizə olunub.

Yanğın saat 00:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR