Ölkədə daha bir ailə dramı: arvadı ilə 20 günlük körpəsini öldürdü

Ölkədə daha bir ailə dramı: arvadı ilə 20 günlük körpəsini öldürdü
12:39 21 İyun 2017
49 Digər
Ölkə mətbuatı
A- A+

Daşkəsən rayonunda ana və azyaşlı övladının meyiti tapılıb.
 
APA-nın qərb bürosunun xəbərinə görə, hadisə rayonunun Şahvələdli kəndində qeydə alınıb.
 
Kənd sakini 37 yaşlı Məmmədova Kəmalə və onun yeni doğulan, 20-25 günlük körpə qızının meyiti yaşadıqları evdə aşkarlanıb.
 
Qadının üzərində xəsarət izləri var, onun və körpəsinin qətlə yetirildiyi bildirilir.
 
Qətlin qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Rafiq Ələkbərov tərəfindən törədildiyi  ehtimal olunur. Hazırda R. Ələkbərov axtarılır.
 
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277497

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR