Bakı metropoliteni yeni qatarlar alıb. ANS PRESS-in <<< Xeber saytına istinadən verdiyi məlumata görə, qatarlar artıq Azərbaycana göndərilib.

Rusiyanın “Transmaşholdinq” QSC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” ASC "Bakı Metropoliteni" QSC-yə 81−760B/761B/763B tipli vaqonlardan ibarət yeni tipli elektrik qatarlarının göndərilməsinə başlayıb.

Hər biri 5 vaqondan ibarət 2 qatar mart ayında Azərbaycana göndərilib, daha bir qatarın isə apreldə tədarük edilməsi planlaşdırılır.

Bakı Metropoliteni ilə bağlanmış müqaviləyə əsasən, metropoliten hərəsi 5 vaqondan ibarət 3 qatar alacaq. Yeni qatarların Bakı Metropoliteninin üçüncü xəttinə buraxılması nəzərdə tutulub.

Bakı metrosunun yeni qatarları gəldi (FOTO)
Bakı metrosunun yeni qatarları gəldi (FOTO)
Bakı metrosunun yeni qatarları gəldi (FOTO)
Mənbə
ANS PRESS