Azərbaycanda qızıl cüzi ucuzlaşıb

Azərbaycanda qızıl cüzi ucuzlaşıb
16:47 21 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycanda bu ilin may ayında qızıl cüzi ucuzlaşıb. Qızıl üzük qiymətləri əvvəlki ayla müqayisədə 2% aşağı düşüb.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Rəsmi statistikaya əsasən, may ayında 750 əyarlı 5 qr üzüyün orta aylıq qiyməti 364,74 manata enib. Yəni, 1 qr-ın orta satış qiyməti 72,94 manat olub. Əvvəlki ayda isə bu göstəricilər müvafiq olaraq 372,2 manat 74,44 manat/qr təşkil edib.
May ayında 5 qr gümüş üzüyün orta qiyməti isə 30,69 manata enib ki, bu da əvvəlki ayla müqayisədə 2% ucuzlaşma deməkdir. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-qizil-cuzi-ucuzlasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR