Azərbaycanın Çexiyadakı Səfirliyində İslam Əməkdaşlıq Təşkilatının Praqa Qrupunun toplantısı və iftar yeməyi təşkil edilib (FOTO)

Azərbaycanın Çexiyadakı Səfirliyində İslam Əməkdaşlıq Təşkilatının Praqa Qrupunun toplantısı və iftar yeməyi təşkil edilib (FOTO)
01:29 23 İyun 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatı Praqa Qrupuna (İƏTPQ) 2017-ci ildə rəhbərlik edən Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyevin sədrliyi altında Azərbaycanın Çexiyadakı Səfirliyində İƏTPQ-nin növbəti görüşü keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Praqada akreditə olunmuş İƏT səfirləri ilə yanaşı, Çexiya rəsmi dairələrinin təmsilçiləri iştirak edib.

Görüş zamanı səfir Fərid Şəfiyev çıxış edərək, İƏTPQ-nin gündəmində olan məsələlər haqqında bəhs edib. İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin səfirləri müvafiq çıxışlar edərək, Praqa Qrupun 2017-ci il üzrə təşkil etdiyi tədbirlər və apardığı fəaliyyətdən ötrü məmnunluqlarını ifadə ediblər.

Rəsmi görüş başa çatdıqdan sonra, İƏTPQ səfirlərinin şərəfinə iftar yeməyi təşkil edilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2769848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR