Gəncə şəhəri qara tam hazırdır

Gəncə şəhəri qara tam hazırdır
13:33 8 Yanvar 2015
164 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Baş mühəndisi İsmayıl Daşdəmirovun verdiyi açıqlamaya əsasən, Gəncə şəhəri qışın qarına tam hazırdır. Havaların soyuması və qışın gəlişi ilə bağlı Gəncə şəhərində hazırlıq işləri ötən ilin payız aylarında tam yekunlaşıb.

İsmayıl Daşdəmirov bildirib ki, qışa hazırlıq məqsədi ilə qar təmizləyən maşınlar və digər texnikalar hazır vəziyyətdə saxlanılır. Bundan başqa toplanan qum və duzun miqdarı da müəyyən edilib. Belə ki, qarlı yollara tökmək üçün 100 kub metr qum, 25 ton duz ehtiyatı tədarük edilib. Bundan əlavə küçə və prospektlərin qardan təmizlənməsi üçün 3 avtoqreyder, 4 avtosüpürən, 45 ədəd özü yükü boşaldan avtomobil və digər texniki vəsaitlər hazır vəziyyətdədir.

Qeyd edək ki, şəhərin 11 mənzil istismar idarəsinin hər birinə yolu qardan təmizləmək üçün lazımi qədər kürək, bel verilib, 1000-ə yaxın işçiyə isə qış geyimləri paylanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR