İranın təhlükəsizlik qüvvələri Cənubi Azərbaycanın
Xudafərin ərazisindən işğal altındakı Dağlıq Qarabağa keçmək
istəyən PKK-nın 8 terrorçusunu tutub.
Publika.az xəbər verir ki, terrorçuların üzərində külli
miqdara silah-sursat olub. Xudafərinin İbrahim Səmi kəndi ətrafında
tutulan terrorçular Araz çayından Ermənistan silahlı qüvvələrinin
işğalı altında olan Dağlıq Qarabağ ərazisinə keçmək və erməni
terrorçularına qoşulmaq istəyiblər. Terrorçular İranın Kəşfiyyat
Nazirliyinə (ETELAAT) təhvil verilib.
Asif