Sirli su quyusu - VİDEO

Sirli su quyusu - VİDEO
14:32 8 Yanvar 2015
160 Sosial
Ölkə mətbuatı
A- A+

Dörd əsr əvvəl inşa olunduğu güman edilən quyu sirrlərlə doludur. Məsələn, burada ilin 8 ayı su olur. Konkret olaraq martdan oktyabra qədər. Payız mövsümü başlayanda su çəkilir. Milli.Az TTV-yə (Region TV) istinadən xəbər verir ki, bu 8 ayı - yəni quyu dolu olanda Tovuzun Yanıqlı kənd sakinləri bu mənbədən içməli su kimi istifadə edirlər. Sakinlər deyirlər ki, suyun tərkibi yoxlanılıb və təmizdir.
 
Kənd sakini Almaz Əliyeva: "Bizim qonşu ali təhsilli həkimdir. Bu suyu göndərdi Bakıya laboratoriyaya. Üç dənə su göndərdi. İki başqa bulaq suyu, bir də bu quyunun suyundan. Bu quyunun suyu ən gözəl, ən keyfiyyətli su alınmışdı. Ona görə də hamımız bu sudan istifadə edirik".
 
Üç metr dərinliyində olan quyudakı suyun mənbəyi dəqiq məlum deyil. Suyun haradan süzülüb gəlməsi ilə bağlı müxtəlif fikirlər var.
 
Almaz Əliyeva: "Mənbəyini bəzi adamlar deyir çaydan sovrulub gəlir. İndi əgər çaydan sovrulursa da, özümüzdə fikirləşək, çay indi də axır, indi də sovrulsun gəlsin. Mənbəyi məlum deyil".
Beləliklə, Yanıqlı kənd sakinləri uzun müddətdir ki, hər ilin səkkiz ayı mənbəyi məlum olmayan bu quyudan rahatlıqla istifadə edirlər, indiyə qədər suyun bir zərərli fəsadına rast gəlinməyib.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR