Kabel oğurlayan şəxs tutuldu

Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini tutulub.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, iyulun 10-da Nəsimi rayonu A.Mustafayev küçəsindəki binalardan birinin üzərində quraşdırılan "Azerconnect" şirkətinə məxsus ötürücü bazanı rabitə ilə təmin edən kabelin 40 metrlik hissəsi kəsilərək oğurlanıb.

Nəsimi rayon Polis İdarəsi 19-cu Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Röyal Əliyev tutulub.

Sabirabaddan çox üzücü xəbər gəldi - 1 ölü, 3 yaralı var - Oxumaq üçün tıkla



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR