Masallıda quldurluq edən şəxs saxlanıldı

Masallı rayonunun Ərkivan qəsəbəsində bir qadına qarşı quldurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) "102 Zəng Mərkəzi"nə müraciət daxil olub.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, məlumatla əlaqədar Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə baş verən ünvana gəlib. Polis əməkdaşları tərəfindən mənzil müayinə edilib, araşdırmalar aparılıb.

Məlum olub ki, həmin gün səhər saat 6.00 radələrində evə pəncərədən girmiş naməlum şəxs ev sahibəsini bıçaqla hədələyərək pul verməsini tələb edib, səs-küy salmağa cəhd etdikdə isə onu döyməyə başlayıb. Həmin şəxs səsə gəlmiş ev sahibəsinin azyaşlı oğluna da zərbə endirib, bıçaqla onu hədələyərək hadisə yerindən qaçıb.

Polis əməkdaşları dərhal xəsarət almış şəxslərin təcili-tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılmasını təmin ediblər.

Faktla əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Görülmüş tədbirlərlə hadisənin Vurğun adlı şəxs tərəfindən törədilməsi müəyyən edilib və həmin şəxsin saxlanılması üçün müvafiq tədbirlərə başlanılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində kənd sakini, əvvəllər məhkum olunmuş Vurğun Rəhmanov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. İstintaqa ifadəsində o, törətdiyi əməli etiraf edib.

Qəbələdən üzücü xəbər - GƏNC OĞLAN ÖZÜNÜ ASDI - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR