AK rəsmisi qeyd edib ki, Gürcüstan SGC-nin reallaşmasında əsas rol oynayır: “SGC layihəsinin vaxtında icrası, xüsusən də əlavə təchizatçı ölkələr baxımından çox vacibdir”.
Komissiyanın vitse-prezidenti Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir Georgi Kvirikaşvili və parlamentin sədri İrakli Kobahidze ilə ikitərəfli görüşlər keçirəcək.
M.Şefçoviçin həmçinin Batumidə keçiriləcək “Regional stabilliyin qorunması” konfransına qatılacağı gözlənilir.