Misirdə turistlərə bıçaqlı hücum:

Misirin Hurqada şəhərində yerləşən turist şəhərciklərindən birində bıçaqlı insident baş verib.

Metbuat.az-ın məlumatına görə, hadisə nəticəsində 1 ukraynalı turist dünyasını dəyişib, daha dörd turist isə yaralanıb. İnsidentin təşkilində şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, ukraynalı turist xüsusi qəddarlıqla - başı kəsilərək öldürülüb.

Misir polisi hazırda hadisənin arxasında kimlərin dayandığını öyrənməyə çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR